21 
Dek
2020
13:14
600

Çkitişvili: "İdman infrastrukturunun inkişafı məqsədilə Marneuli, Poti, Zuqdidi və Xaşuri stadionlarının tikintisi başa çatacaq və..."

“Maarifləndirmə infrastrukturu inkişafı istiqamətilə, Bölgə İnkişaf və İnfrastruktur Nazirliyi 2020-ci ildə 1 530 şagird üçün 20 yeni məktəbin tikintisini başa çatdırdı, 2021-ci ildə 7 020 şagird üçün daha 41 məktəbin tikintisi başa çatacaq”.

InterPress.ge xəbər verir ki, bu barədə Bölgə İnkişaf və İnfrastruktur naziri, Maya Çkitişvili Parlamentdə keçirilən komitə dinləməsində qeyd edib.

Onun dediyinə görə, 2021-2022-ci illərdə mərhələ şəklində 100-dən artıq məktəbin rekonstruksiya/reabilitasiya işləri başa çatacaq və nəticədə 16 min şagird tamamilə yeniləşdirilmiş məktəbdə təhsil alacaq.

Çkitişvilinin bəyan etdiyinə görə, təhsilin infrastruktur layihəsi ümumilikdə 300 milyon lari ilə maliyyələşdiriləcək.

Nazirliyə namizədin dediyinə görə, uşaq bağçalarının tikintisi proqramı çərçivəsində, 2020-ci ildə 1 000 uşaq üçün 17 uşaq bağçasının, 2021-ci ildə isə, daha 14 uşaq bağçasının tikintisi başa çatacaq. Maya Tskitişvili həmçinin qeyd etdi ki, idman infrastrukturunun inkişafı məqsədilə Poti, Zuqdidi, Xaşuri və Marneuli stadionlarının tikintisi başa çatacaq və Kutaisi Olimpia Hovzu, Rustavi, Axalsixe və Zuqdidinin idman-komplekslərinin tikintisinə başlanacaq.

Bizimlə əlaqə saxlayın