24 
Avq
2026
12:45
160

Yetkinlik yaşına çatmayan övladlarını dilənməyə məcbur edən şəxs saxlanılıb

Yetkinlik yaşına çatmayan övladlarının insan alverinə məruz qoyulması ittihamı ilə bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs azyaşlı övladlarını psixoloji və fiziki zorakılıq tətbiq etməklə Tbilisidə dilənməyə məcbur edib, onların topladığı pulları isə özü mənimsəyib.

Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində həmin şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb.

Hazırda zərərçəkmiş uşaqlar Dövlət Qulluğu və İnsan Alveri Qurbanlarına və Zərərçəkmişlərə Yardım Agentliyinin xidmət mərkəzində yerləşdirilib. Onların səhhətinin təhlükə altında olmadığı bildirilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143² maddəsinin ikinci və üçüncü hissələri ilə istintaq aparılır. Sözügedən maddə üzrə 17 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın