Gürcüstanda analıq məzuniyyəti üçün ayrılan vəsaitə həbs qoyulmayacaq
Gürcüstanda hamiləlik, doğuş və uşağa qulluqla əlaqədar ödənişli məzuniyyət dövrü üçün büdcədən ayrılan pul yardımına həbs qoyulması qadağan ediləcək.
InterPress.ge xəbər verir ki, parlament müvafiq qanunvericilik dəyişikliklərini üçüncü oxunuşda qəbul edib. Səsvermədə 72 deputat təşəbbüsün lehinə, 1 deputat isə əleyhinə səs verib.
Qəbul edilmiş layihəyə əsasən, hamiləlik, doğuş və uşağa qulluqla əlaqədar ödənişli məzuniyyət müddətində büdcədən verilən pul yardımı üzərinə həbs qoyulmayacaq və həmin vəsait məcburi icraya yönəldilməyəcək.
Hökumətin qərarına əsasən, sözügedən məzuniyyət dövrü üçün verilən pul yardımının məbləği maksimum 2 000 lari müəyyən edilib.
Qanun layihəsinin müəllifləri parlament üzvləri Rati İonatamişvili, Savalan Mirzəyev, Zaza Lominadze, Aluda Qudauşauri, Salome Cincolava, Tornike Fağava, Sumbat Kuruqyan, Zurab Kadaqidze, Anton Obolaşvili, İrma Zavradaşvili, Rima Beradze və Mariam Laşxidir.


