Tbilisidə Zəfər Gününə həsr olunmuş “Cənubi Qafqazda Sülh və Əməkdaşlıq” konfransı keçirilib- FOTO
8 noyabr 2026-cı il tarixində Tbilisi şəhərində, “Hilton Garden Inn” otelində Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin (GASU) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Cənubi Qafqazda Sülh və Əməkdaşlıq” adlı konfrans keçirilib.
Tədbirin əsas məqsədi 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətini vurğulamaq, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda baş verən siyasi və geosiyasi dəyişiklikləri, regional əməkdaşlıq imkanlarını, sülh və təhlükəsizlik perspektivlərini müzakirə etmək olub.
Konfransın açılışında Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin sədri Aytəkin Allahverdiyeva çıxış edib. Daha sonra “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb.
Konfransın moderatoru Emil Allahverdiyev olub.
Tədbir çərçivəsində iştirakçılar müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər:
Elminaz Osmanova – 8 Noyabr Zəfər Gününün tarixi əhəmiyyəti;
Sara İskəndərova – 44 günlük müharibə və onun regional siyasi nəticələri;
Elpinar Musayeva – Qarabağ münaqişəsindən sonrakı dövrdə sülh perspektivləri;
Aysel Hacıyeva – Gürcüstan–Azərbaycan strateji tərəfdaşlığı;
Nigar Məmmədova – Cənubi Qafqazda regional əməkdaşlıq və təhlükəsizlik;
Aylin Hümbətova – Regional nəqliyyat və enerji layihələrinin əhəmiyyəti;
Bağda Əliyeva – Gənclər və yeni diplomatiya: regionun gələcəyində bizim rolumuz;
Renat Məmmədov – Zəfərdən sonra Cənubi Qafqaz: nə dəyişdi, nə dəyişəcək?
Zeynəb Nurmamedova – Z nəslinin münaqişə yaddaşı və sülh gözləntisi.
Konfrans çərçivəsində fəallıqları, təşəbbüskarlıqları və tədbirə verdikləri töhfəyə görə Elminaz Osmanova, Bağda Əliyeva, Renat Məmmədov, Aylin Hümbətova, Sara İsgəndərova və Zeynəb Nurmamedova diplomlarla təltif olunublar.
Tədbir zamanı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gənclərin regional proseslərdə iştirakı, sülh və əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
Konfransın sonunda iştirakçılarla xatirə fotosu çəkdirilib.







