10 
Nybr
2026
11:47
62

Tbilisidə iki nəfəri qarət edən üç xarici ölkə vətəndaşı saxlanılıb

Tbilisidə iki xarici ölkə vətəndaşının müvəqqəti yaşadığı mənzilə aldadıcı yolla daxil olaraq onlara xəsarət yetirməkdə, əl-ayaqlarını yapışqan lentlə bağlamaqda və soyuq silahla öldürməklə hədələyərək 2 000 lari pulunu ələ keçirməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin Tbilisi Polis Departamentinin İsanı-Samqori Baş İdarəsinin əməkdaşları qrup halında törədilən quldurluq hadisəsi ilə bağlı üç xarici ölkə vətəndaşını hadisədən dərhal sonra saxlayıblar.

İstintaqla müəyyən edilib ki, hücum edənlər aldadıcı yolla iki xarici ölkə vətəndaşının müvəqqəti yaşadığı mənzilə daxil olublar. Onlar zərərçəkənlərə fiziki xəsarətlər yetirib, yapışqan lentlə əl-ayaqlarını bağlayıb və soyuq silahla öldürməklə hədələyərək onlara məxsus 2 000 larini qanunsuz olaraq ələ keçiriblər. Daha sonra hadisə yerindən qaçıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 12 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın