10 
Nybr
2026
17:51
79

Gürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə veriləcək

Gürcüstan Ticarət-Sənaye Palatasının fəaliyyətinə dövlət nəzarətinin baş nazir əvəzinə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən həyata keçirilməsi təklif olunur. Parlament hökumətin müvafiq təşəbbüsünü birinci oxunuşda dəstəkləyib.

InterPress.ge xəbər verir ki, bununla bağlı “Ticarət-Sənaye Palatası haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Qanunun hazırkı redaksiyasına əsasən, palatanın fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək səlahiyyəti baş nazirə məxsusdur.

Təşəbbüs parlamentə Gürcüstan Hökuməti Administrasiyası tərəfindən təqdim edilib. Administrasiyanın izahına görə, dəyişikliklər Ticarət-Sənaye Palatasının səmərəli fəaliyyətini təmin edəcək, ölkənin xarici ticarət potensialının artırılmasına, iqtisadiyyatın inkişafına və sahibkarlara dəstəyin gücləndirilməsinə töhfə verəcək.

Hökumətin parlament katibi Vaxtanq Baçiaşvilinin izahına görə, Ticarət-Sənaye Palatasının funksiyaları daha çox İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin fəaliyyəti, xüsusilə də xarici ticarət siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Onun sözlərinə görə, dövlət nəzarətinin müvafiq nazirlik tərəfindən həyata keçirilməsi düzgün yanaşmadır.

Qanunvericilik dəyişiklikləri parlamentdə sürətləndirilmiş qaydada müzakirə olunur.

Bizimlə əlaqə saxlayın