24 
Avq
2026
11:13
72

Tbilisidə qrup halında quldurluq və ağır xəsarət yetirmə ittihamı ilə 2 nəfər saxlanılıb

Tbilisidə qrup halında quldurluq etməkdə və qəsdən ağır xəsarət yetirməkdə təqsirləndirilən iki nəfər saxlanılıb. Saxlanılanlardan biri yetkinlik yaşına çatmayıb.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

DİN-in məlumatına görə, Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində iki nəfər təqsirləndirilən şəxs qismində saxlanılıb.

İstintaqla müəyyən edilib ki, şübhəli şəxslər Tbilisidə bir vətəndaşa ağır fiziki xəsarətlər yetirib, onun şəxsi əşyalarını və pulunu qanunsuz şəkildə ələ keçirərək hadisə yerindən qaçıblar.

Yaralıya klinikada tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsləri saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 179-cu maddələri ilə istintaq aparılır. Sözügedən cinayətlər 9 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Bizimlə əlaqə saxlayın