11 
Nybr
2026
11:21
46

Cinayət işi ilə bağlı polis əməkdaşı saxlanıldı

Mərhum kilsə xidmətçisi Temur Xadurinin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Tercola Polis İdarəsinin əməkdaşları saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə mərhumun ailəsinin vəkili Ledi Tukvadze sosial şəbəkədə məlumat yayıb.

“Gürcüstan Prokurorluğuna, baş prokuror Giorgi Qvarakidzeyə, Qərbi Gürcüstan prokuroru Zaza Metonidzeyə, xanım Tamar Bejuaşviliyə, Giorgi Xaçidzeyə, bütün mediaya və xəbər proqramlarına təşəkkür edirəm. Xüsusilə Nodar Meladze və onun komandasına minnətdarlığımı bildirirəm. İki illik yorulmaz əməyin nəticəsində Temur Xaduri işi üzrə Tercola polis əməkdaşları saxlanılıb”, – deyə Ledi Tukvadze yazıb.

Xatırladaq ki, 23 yaşlı kilsə xidmətçisi Temur Xaduri 2024-cü il avqustun 25-də polis avtomobilini daşladıqdan və hüquq-mühafizə orqanlarının əməkdaşları onu təqib etdikdən sonra itkin düşüb. Üç gün davam edən axtarışlardan sonra, avqustun 28-də onun meyiti çoban tərəfindən Tercola bələdiyyəsinin Simoneti kəndi yaxınlığında, çayda aşkarlanıb.

Bir neçə həftə əvvəl anasının etirazı nəticəsində hadisə ilə bağlı xüsusi istintaq şurası yaradılıb.

 

Bizimlə əlaqə saxlayın