Şəxsi həyatın sirrini əks etdirən videonu qanunsuz əldə edib yayan şəxs saxlanıldı
Şəxsi həyatın sirrini əks etdirən videonu qanunsuz əldə etməkdə, mobil telefonunda saxlamaqda və yaymaqda şübhəli bilinən bir nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Qurumun məlumatına görə, Kaxeti Regional Prokurorluğunun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində təqsirləndirilən şəxsin zərərçəkənə aid şəxsi həyatın sirrini əks etdirən videonu qanunsuz əldə edərək mobil telefonunda saxladığı və daha sonra yaydığı müəyyən edilib.
Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prima maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülüb. Həmin maddə şəxsi həyatın sirrini qanunsuz əldə etmə, saxlama və yaymaya görə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı artıq məhkəməyə vəsatət təqdim edib.


