23 
Avq
2026
22:30
237

Yaşayış evində 3 bacının meyiti aşkarlanıb

Zuqdidi bələdiyyəsinin Qulişkari kəndində yaşayış evlərindən birində üç nəfərin meyiti aşkarlanıb. Məlumata görə, ölən şəxslər bacı olublar.

InterPress.ge xəbər verir ki, meyitlər ekspertiza bürosuna aparılıb.

Ölümün dəqiq səbəbi hələlik məlum deyil. İlkin versiyalardan biri qida zəhərlənməsidir.

Qulişkari kəndinin inzibati nümayəndəsi Laşa Şvelidzenin sözlərinə görə, bacılar tək yaşayırmış və təxminən 4-5 gün ərzində onları görən olmayıb.

“Üç nəfər ölüb. Ölüm səbəbini ekspertiza müəyyən edəcək. Bacı idilər və tək yaşayırdılar. Təxminən 4-5 gün idi görünmürdülər. Qonşu həyətin darvazası yaxınlığında pis qoxu hiss edib”, – deyə Laşa Şvelidze “TV Pirveli”yə bildirib.

Onun sözlərinə görə, qida zəhərlənməsi ehtimalının araşdırılması üçün evdən qida və su nümunələri də götürülüb. Ölümün dəqiq səbəbi ekspertizanın nəticəsindən sonra müəyyənləşəcək.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başlanıb.

Bizimlə əlaqə saxlayın