04 
Mar
2020
09:49
792

Koronavirusa ən az uşaqlar və yeniyetmələr yoluxur

“Yeni koronavirus nadir hallarda uşaqlara və yeniyetmələrə yoluxur”.

InterPress.ge “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bunu Çinin xəstəliklərin nəzarəti və profilaktikası mərkəzinin təhlili əsasında hazırlanan statistika sübut edir.

Mütəxəssislər COVID-19 ilə bağlı 70 mindən çox yoluxma faktını araşdırıblar. Bu məlumatlara görə, on yaşa qədər uşaqların və on yaşdan 19 yaşa qədər yeniyetmələrin yalnız 1 faizi koronavirusa yoluxub.

Nijni Novqorod Dövlət Universitetinin Biologiya və Biotibbi İnstitutunun direktoru Mariya Vedunovanın sözlərinə görə, uşaqlar və yeniyetmələr həqiqətən yeni koronavirusdan daha yaxşı qorunur. O, yaşlı insanların risk altında olduğunu vurğulayıb.

“İnsanın immun sistemi yaş ötdükcə zəifləyir və infeksiyalara daha həssas olur. Xroniki xəstəliklərin olması çox vaxt fəsadlar yaradır”- deyə, Vedunova bildirib.

“H-Klinikası”nın yoluxucu xəstəliklər şöbəsinin müdiri Danila Konnovanın sözlərinə görə, koronavirus anadan uşağa keçə bilər, lakin bu olduqca nadir hadisədir:

“Plasenta, körpəni anada olan mövcud infeksiyalardan qoruyan unikal bir orqandır. Lakin, koronavirusa yoluxan qadın doğuşdan bir müddət sonra övladı ilə görüşərsə körpəni yoluxdura bilər”.

Qeyd edək ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 90 870 nəfər təşkil edir. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.

Bizimlə əlaqə saxlayın