24 
Avq
2026
17:42
113

Nazir: Bu il forma geyinəcək altıncı sinif şagirdləri məktəbi formanı geyinərək bitirəcəklər

Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze bildirib ki, məktəb forması tətbiqi hər il bir sinif artırılmaqla davam etdiriləcək.

InterPress.ge xəbər verir ki, nazir bu barədə məktəb formalarının tətbiqi ilə bağlı danışarkən açıqlama verib.

Onun sözlərinə görə, məqsəd sadəcə məktəb formasını geri qaytarmaq deyil, məktəblərdə forma mədəniyyətini formalaşdırmaqdır. Nazir bildirib ki, bu il forma geyinəcək altıncı sinif şagirdləri növbəti illərdə də forma geyinməyə davam edəcəklər.

“İnanıram ki, bu il forma geyinəcək altıncı sinif şagirdləri məktəbi formanı geyinərək bitirəcəklər. Çünki hər il bir sinif əlavə olunacaq. Biz formanı məktəbə sadəcə geri qaytarmırıq, forma mədəniyyəti yaradırıq”, – deyə Mikanadze bildirib.

Nazirin sözlərinə görə, dövlət məktəblərində 30 ildən artıqdır forma olmadığı üçün bu, uşaqlar üçün yenilikdir. O qeyd edib ki, şagirdlər forma geyinməyə tədricən alışacaqlar və hər il növbəti sinif bu prosesə qoşulacaq.

Mikanadze həmçinin növbəti tədris ili üçün məktəb formalarının hazırlanması məqsədilə yaxın zamanda gürcü sahibkarlarla görüşməyi planlaşdırdığını bildirib.

Nazirin sözlərinə görə, aparılan bazar araşdırması zamanı bir gürcü şirkəti məktəb formalarının hazırlanması üçün 100 milyon laridən çox qiymət təklif edib. Halbuki formaların alınması üçün 45 milyon lari dəyərində müqavilə bağlanıb.

“Gürcü şirkətinin təklif etdiyi qiymət təxminən iki dəfə yarım daha yüksək idi. Əgər gələcəkdə də belə qiymətlər təklif olunarsa, bu mümkün olmayacaq, çünki istehlakçının cibinə iki, hətta üçqat yük düşəcək”, – deyə nazir qeyd edib.

Mikanadze bildirib ki, növbəti 2-3 ay ərzində gələn tədris ili üçün məktəb formalarının tikilməsi ilə bağlı yekun mövqe müəyyənləşdiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər