24 
Avq
2026
13:27
330

Ağır yol qəzasında gənc oğlan həyatını itirdi

Kobuletti bələdiyyəsinin Leğva kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində gənc kişi hadisə yerində ölüb. Qəza səhər saatlarında baş verib.

InterPress.ge xəbər verir ki, hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Yerli sakinlərin sözlərinə görə, avtomobil yolda sürüşərək yol kənarındakı yamaca çırpılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Maddə nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın