Kaxa Kaladze: “Əslində, müxalifət mövcud deyil, ölkə daxilində agentura şəbəkəsinin nümayəndələri var”
“Əslində, müxalifət mövcud deyil, ölkə daxilində agentura şəbəkəsinin nümayəndələri olan konkret şəxslər var və onların xaricdə öz tapşırıqverənləri, himayədarları mövcuddur”.
InterPress.ge xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.
Kaladzenin sözlərinə görə, müxalifət nümayəndələri öz fəaliyyətləri ilə hər zaman Gürcüstan dövlətinin və gürcü xalqının maraqlarına qarşı çıxıblar və hazırda da bunu davam etdirirlər.
“Hazırda gedən proses – qarşıdurma, bir-birlərinə qarşı təhqiramiz bəyanatlar vermələri başqa cür də təsəvvür edilə bilməz. Bu insanların heç bir dəyəri yoxdur. Ən vacib məsələ odur ki, onlar vətənpərvər olmayan insanlardır, agentura şəbəkəsinin nümayəndələridirlər. Onlar öz fəaliyyətləri ilə hər zaman Gürcüstan dövlətinin və gürcü xalqının maraqlarına qarşı çıxıblar və indi də çıxırlar”, – deyə Kaladze bildirib.


