09 
Okt
2026
19:58
62

Statistika mərkəzi: Gürcüstanda median əməkhaqqı 14,9% artaraq 1 531 lariyə çatıb

2025-ci ildə Gürcüstanda muzdla çalışanların median əməkhaqqı əvvəlki illə müqayisədə 14,9% artaraq 1 531 lari təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti (“Sakstat”) məlumat yayıb.

“Sakstat”ın məlumatına görə, 2025-ci ildə median əməkhaqqı orta aylıq əməkhaqqından 29,3% az olub.

Fəaliyyət sahələri üzrə ən yüksək median əməkhaqqı dövlət idarəçiliyi və müdafiə, məcburi sosial təminat sahəsində qeydə alınıb. Bu sahədə göstərici 2 501 lari təşkil edib.

Digər sahələr üzrə median əməkhaqqı belə olub:

* Tikinti — 2 328 lari;

* Mədənçıxarma sənayesi və karxanaların işlənməsi — 2 264 lari;

* İnformasiya və kommunikasiya — 2 250 lari;

* Maliyyə və sığorta fəaliyyəti — 2 211 lari.

“Sakstat”ın məlumatında qeyd olunur ki, 2025-ci ilin göstəricilərinə əsasən, bütün sektorlarda median əməkhaqqı orta aylıq əməkhaqqından aşağı olub.

 

Bizimlə əlaqə saxlayın