Visual Capitalist 400 min kilometr məsafə qət edə bilən avtomobillərin reytinqini dərc edib. Araşdırmaya əsasən, bu məsafəni qət etmək ehtimalı ən yüksək olan avtomobil Toyota Sequoia-dır. Bu modeldə göstərici 42,3 faiz təşkil edir ki, bu da avtomobillər üzrə ümumi orta göstəricidən – 5,4 faizdən xeyli yüksəkdir.
InterPress.ge xəbər verir ki, reytinqə daxil edilən 27 avtomobildən 10-u Toyota markasına məxsusdur.
400 min kilometr məsafəni ən yüksək ehtimalla qət edən TOP-10 avtomobil:
- Toyota Sequoia – 42,3%;
- Lexus – 38,8%;
- Toyota 4Runner – 33,1%;
- Lexus RX Hybrid – 28,9%;
- Toyota Tundra – 28,2%;
- Toyota Tacoma – 25%;
- Lexus GX – 23,3%;
- Toyota Avalon – 23,2%;
- Toyota Highlander Hybrid – 20,7%;
- Honda Accord Hybrid – 18,5%.
Qeyd edək ki, Visual Capitalist 2026-cı ilin sentyabr ayında aparılmış iSeeCars araşdırmasına əsaslanır. Tədqiqatda 395 milyondan çox avtomobilin yürüş göstəriciləri təhlil edilib.
