10 
Okt
2026
11:17
98

Külli miqdarda narkotik vasitənin qanunsuz saxlanılması və satışı ilə bağlı şəxs saxlanılıb

“Samqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışı ittihamı ilə əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxsi saxlayıblar”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə qərarı əsasında intensiv şəkildə istintaq tədbirləri həyata keçiriblər. Gizli audio-video çəkilişlər də daxil olmaqla aparılan tədbirlər nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs “metadon” narkotik vasitəsinin satışını həyata keçirib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, polis qanunsuz satılmış narkotik vasitəni maddi sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı ter maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 

Bizimlə əlaqə saxlayın