24 
Avq
2026
12:47
61

Valideynlər məktəb formasını sentyabrdan etibarən həm mağazalardan, həm də onlayn ala biləcəklər

Birinci sinif şagirdlərinin valideynləri məktəb formasını 1 sentyabrdan etibarən həm satış məntəqələrindən, həm də onlayn şəkildə əldə edə biləcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi məlumat yayıb.

Məlumata görə, məktəb formalarının onlayn satışı formebi.emis.ge elektron platforması vasitəsilə həyata keçiriləcək. Valideynlər sifarişi onlayn verə və formanı evdən çıxmadan qeyd etdikləri ünvanda əldə edə biləcəklər. Çatdırılmanı və sifarişin müştəriyə təhvil verilməsini Gürcüstan Poçtu təmin edəcək.

Yeni platforma media nümayəndələrinə Təhsil, Elm və Gənclər nazirinin birinci müavini Levan Ğirsiyaşvili və Təhsil İdarəetmə İnformasiya Sisteminin rəhbəri Giorgi Aroşvil tərəfindən təqdim olunub.

Platformada istifadəçilər məktəb formalarının modelləri, qiymətləri və ölçüləri barədə məlumat əldə edə, həmçinin bankların təklifləri və satış məntəqələrinin dəqiq ünvanları ilə tanış ola biləcəklər.

Nazirliyin məlumatına görə, məktəb formalarının onlayn platformasının fəaliyyətinin və idarə edilməsinin təmin edilməsinə Təhsil, Elm və Gənclər Nazirliyinin Təhsil İdarəetmə İnformasiya Sistemi (EMIS) cavabdeh olacaq.

Bizimlə əlaqə saxlayın