14 
Iyl
2026
14:00
228

Ana və azyaşlı qızın ölümünə səbəb olan sürücü sərxoş vəziyyətdə avtomobil idarə edib

Gori şəhərində ana və 3 yaşlı qızın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi məlum olub.

InterPress.ge xəbər verir ki, bu məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi "İnterpressnews" agentliyinə təsdiqləyib.

Qəza 13 iyul tarixində Gori şəhərinin mərkəzində, Çavçavadze küçəsində baş verib. "Jeep" markalı avtomobil piyada hərəkət edən gənc qadını və onun 3 yaşlı qızını vurub.

Yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan ana və azyaşlı övladı xəstəxanada həyatını itiriblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başladılıb. Həmin maddə nəqliyyatın hərəkət və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.

Qəzanı törədən sürücü saxlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər