Avtomobil ana və 3 yaşlı övladını vurdu – ana həyatını itirdi, uşağın vəziyyəti ağırdır
Gori şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü ilə nəticələnib.
InterPress.ge xəbər verir ki, hadisə şəhərin mərkəzində, Çavçavadze küçəsində baş verib.
Məlumata görə, "Jeep" markalı avtomobil piyada hərəkət edən ana və 3 yaşlı övladını vurub. Yaralılar dərhal Gori şəhərindəki klinikalara çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq, gənc qadının həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada vəfat edib.
3 yaşlı uşağın vəziyyəti ağır qiymətləndirilir. "İnterpressnews"un yaydığı məlumata görə, azyaşlının Tbilisidə yerləşən Uşaq Klinikasına köçürülməsi üçün referal briqada çağırılıb və o, yaxın vaxtlarda paytaxta aparılacaq.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq hərəkətləri aparılır.


