22 
Fev
2020
17:51
7168

Azərbaycanda ağır yol qəzasında Gürcüstan vətəndaşı həyatını itirdi - FOTO

Azərbaycanın Ucar rayonunda ağır yol qəzası baş verib.

InterPress.ge "Report"a istinadən xəbər verir ki, Gürcüstan vətəndaşı Namiq Vahid oğlu Qərəkməzli qəzada ölüb.

Bakı sakinləri - sürücü Eldar Tofiq oğlu Qarayev, Sahib Eldar oğlu Qarayev, Fatimə Sabir qızı Qarayeva və Kamalə Sabir qızı Əliyeva xəsarət alıblar.

Məlumata görə, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Eldar Tofiq oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Türkiyə vətəndaşının idarə etdiyi yük maşını (TIR) toqquşub. Nəticədə 5 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Gürcüstan vətəndaşını Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın