24 
Avq
2020
13:52
1443

Lotu Qulinin öldürüldüyü oteldə araşdırma aparıldı: silahlar və güllələr tapıldı

Türkiyədə qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun otağında silahlar və çox sayda güllə tapılıb.

İnterPress xəbər verir ki, bu barədə Antalya Baş Polis İdarəsi açıqlama yayıb. Bildirilib ki, Serif rayonunun Boğazkent mahalında Səlifovun qaldığı oteldə yaxın adamı Xan Əhmədlinski tərəfindən öldürülməsi ilə əlaqədar istintaq aparılıb.

Məlumatda Xanın hadisədən sonra otel dəhlizindən qaçdığı, bu zaman əlində iki silah olan gürcü əsilli İ.D-nin (Lotu Qulinin mühafizəçisi - red.) onu təqib etdiyi və qatilin otelin qarşısında nəqliyyat vasitəsinə minərək uzaqlaşdığı qeyd edilib.

Hadisə yerində aparılan axtarış zamanı 1 odlu silah və 15 patron, 2 güllə şanı, 1 giliz, 1 güllə nüvəsi, 1 tapanca, Nadir Səlifovun çantasından isə 15 patron və 1 bıçaq götürülüb.

İnsident yerindən qaçan Xan Əhmədlinskinin Dənizliyə doğru hərəkət etdiyi müəyyən edildikdən sonra o, Dənizli Polis Şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan vətəndaşı olan sürücü Əhməd Həmidli ilə birlikdə saxlanılıb. Axtarış zamanı nəqliyyat vasitəsində 1 silah, 11 güllə və 1 bıçaq tapılaraq götürülüb.

Məlumatda həmçinin bildirilir ki, Xan Əhmədlinski ayaq və belindən aldığı güllə yarası səbəbiylə xəstəxanada müalicə olunub.

Bizimlə əlaqə saxlayın