17 
Avq
2020
19:48
1665

Gürcüstanda müntəzəm uçuşlara qoyulan məhdudiyyətin müddəti uzadıldı

Müntəzəm beynəlxalq hava daşımalarının həyata keçirilməsinə qoyulan məhdudiyyət uzadılıb, yəni məhdudiyyət 30 sentyabr 2020-ci il tarixinədək qüvvədə olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Mülki Aviasiya Agentliyindən verilən məlumatda bildirilir.

Mülki Aviasiya Agentliyi vətəndaşları və sərnişinləri təsdiqlənməmiş istiqamətlərə və uçuşlara bilet almaqdan çəkinməyə çağırır.

İzolyasiya və karantin qaydalarının tətbiqi ilə bağlı Hökumət N322 saylı qərarına edilən dəyişikliyə əsasən müntəzəm beynəlxalq hava nəqliyyatının həyata keçirilməsinə qoyulan məhdudiyyət Tbilisi Beynəlxalq Hava Limanı ilə aşağıdakı hava limanları arasında başa çatan birbaşa beynəlxalq uçuşlara şamil edilmir: Münhen (Almaniya); Paris (Fransa) və Riqa (Latviya). Buna görə, Gürcüstanda və sadalanan ölkələrdə epidemioloji vəziyyət pisləşməsə, aviaşirkətlərin müntəzəm uçuşları - Lufthansa, AirFrance və airBaltic - müəyyən edilmiş qrafikə uyğun olaraq fəaliyyətini davam etdirəcəkdir.

Digər istiqamətlərdə müntəzəm hava nəqliyyatının tədricən bərpası barədə qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcəkdir. COVID-19 pandemiyası şəraitində aviasiya sektorundakı vəziyyətin proqnozlaşdırılması çətin olduğu və qlobal miqyasda sərhədi və sərnişin məhdudiyyətləri ilə bağlı qərarları vaxtaşırı dəyişdirildiyi üçün vətəndaşları və sərnişinləri yenidən təsdiqlənməmiş istiqamətlərə / uçuşlara bilet almaqdan çəkinməyə çağırırıq.

Müntəzəm və çarter reysləri üçün yenilənmiş uçuş cədvəli ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: ", - Mülki Aviasiya Agentliyinin yaydığı məlumatda deyilir.

http://www.gcaa.ge/geo/tbilisiout.php

Bizimlə əlaqə saxlayın