11 
Fev
2020
18:24
874

Müxalifət adından danışan Şalva Natelaşvili Ali Məhkəmənin qərarını tənqid edib

Gürcüstan Ali Məhkəməsi Tiflisin keçmiş meri Gigi Uqulavanı 3 il 2 ay 8 gün həbs cəzasına məhkum edib.

InterPress.ge xəbər verir ki, Uqulava qanuna zidd mənimsəmə və ya səlahiyyətlərindən sui-istifadədə ittiham olub.

Ali Məhkəmənin qərarından sonra müxalifət bəyanatla çıxış edib. Müxalifət adından danışan Leyborist Partiyasının lideri Şalva Natelaşvili Ali Məhkəmənin qərarını sərt tənqid edib. O, bundan sonra müxalifətin hökumətlə istənilən danışıqlarının bitdiyini və böyük ümumxalq itaətsizliyinə hazırlığın başladığını bildirib:

“Seçki sistemi ilə bağlı heç bir beşinci, altıncı və ya yeddinci raund olmayacaq. Yaranan situasiyada hakimiyyət repressiyalara, həbslərə, təzyiqlərə davam edir. Danışıqların davam etdirilməsi bizim oliqarxı yeni cinayətlərə təhrik etməyimiz deməkdir. İstənilən danışıqlar, konsultasiyalar dayandırılır və İvanişvili rejimini yox edəcək ümumxalq itaətsizliyinə hazırlığa start verilir”.

Bizimlə əlaqə saxlayın