08 
Nybr
2021
00:03
400

Şuşanın işğaldan azad olunmasından 1 il ötür

Bu gün - noyabrın 8-i Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.

InterPress.ge xatırladır ki, 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Belə ki, Vətən müharibəsi zamanı hər gün surətlə irəliləyən, günbəgün torpaqları işğaldan azad edən Azərbaycan Ordusu oktyabrın ortalarında Hadrut qəsəbəsini işğalçılardan təmizləyib. Azərbaycan ordusu daha sonra Xocalı rayonunun Çanaqçı kəndini, ardından isə strateji Şuşa-Laçın yolunun bir hissəsini düşməndən azad edib.

Bundan sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ) şimala doğru irəliləyərək sıx meşələri və keçilməz yarğanları, çətin dağ keçidlərini aşıb, Şuşaya istiqamət götürüb. Noyabrın 7-də Azərbaycan ordusu şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olublar. Xüsusi təyinatlılar şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.

Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər idi. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.

Bizimlə əlaqə saxlayın