12 
May
2020
17:08
3314

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria vətəndaşlara müraciət etdi

"Vətəndaşlarımıza müraciət edirəm, gürcü məhsulunu alaq, hansı ki, gündən günə daha keyfiyyətli olur".

InterPress.ge xəbər verir ki, bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.

“Fermerlər kəndlərdə işləməyə davam etməlidirlər ki, işlədilməmiş torpaq sahələri qalmasın. Bu sahənin industrializasiyası isə, əsas məqsədimizdir.

İndiyə qədər aqro-məhsul defisiti ölkədə 900 milyon dollar idi və bugün 300-350 milyona endirilib. Biz bu çağırışa cavab verməliyik.

Vətəndaşlarımıza müraciət etməliyəm ki, gürcü məhsullarını alsınlar, çünki onlar gündən günə daha keyfiyyətli olurlar.

Öz aqro-məhsul təhlükəsizliyimizi təmin etdikdən sonra, əlimizdən gələni edəcəyik ki, kənd-təsərrüfatı məhsullarımızı beynəlxalq bazarlarda rəqabət-qabiliyyətli edək” – dedi Giorgi Qaxaria.

Bizimlə əlaqə saxlayın