01 
May
2020
11:42
1322

Gürcüstanın ötən il ən çox avtomobil idxal etdiyi ölkələr açıqlanıb

Ötən il ərzində Gürcüstan ABŞ-dan 691 406,8 min dollar dəyərində minik avtomobili idxal edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ABŞ-dan idxal Gürcüstanın ümumi minik avtomobili idxalının 41,9%-ni təşkil edib və bu göstərici ilə ABŞ Gürcüstanın ən çox minik avtomobili idxal etdiyi ölkə olub.

Gürcüstanın ən çox minik avtomobili idxal etdiyi ikinci ölkə isə Yaponiya olub – 177 831,5 min dollar. Digər yerlərdə isə müvafiq olaraq Türkiyə ( 62 086 min dollar), Almaniya (55 552 min dollar) və Böyük Britaniya (29 866,1 min dollar) qərarlaşıb.

Ötən il Gürcüstan ən çox yük maşını və traktoru Almaniyadan idxal edib ki, bunun da ümumi dəyəri 146 918 min dollar təşkil edib. Hesabat dövründə Gürcüstan ən çox avtomobil ehtiyat hissəsini isə Çindən idxal edib – 42 004 min dollar. Çindən bu kateqoriya üzrə məhsul idxalı ümumi idxalın 27,5%-ni təşkil edib.

Bizimlə əlaqə saxlayın