06 
Apr
2021
15:19
251

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri keçiriləcək

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin birgə illik planına əsasən aprelin 8-də hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycanda təşkil olunacaq təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçiriləcək.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-na kimi davam edəcək.

Bizimlə əlaqə saxlayın