04 
Apr
2021
08:49
189

İordaniyada dövlət çevrilişinə cəhd edilib: Saxlanılanlar var

Bu gün İordaniyada dövlət çevrilişinə cəhddə şübhəli bilinən iyirmidən çox adam həbs olunub.

InterPress.ge xəbər verir ki, bu barədə “Washington Post” nəşri xəbər yayıb.

Saxlanılanlar arasında ölkənin keçmiş vəliəhdi Həmzə bin Hüseyn, mərhum Kral Hüseynin böyük oğlu və dördüncü həyat yoldaşından olan Nur adlı oğlu var.

Vəliəhd ev dustaqlığına göndərilib.

Hüquq-mühafizə orqanları onun böyük ögey qardaşı II Kral Abdullahı devirmək planının müəlliflərindən biri olduğunı iddia edirlər.

Qeyd olunur ki, dövlət çevrilişində bir sıra qəbilələrin başçıları da iştirak etməyə cəhd edib.

Həbslərin bununla bitməyəcəyi, təhlükəsizlik qüvvələri dövlət çevirilişi iştirakçılarını müəyyənləşdirməyə davam etdikləri qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər