01 
Apr
2021
11:08
697

DİN Vladimir Pozner və daha 31 Rusiya vətəndaşını cərimələyib

“Polis Departamentinin əməkdaşları izolyasiya və karantin qaydalarının pozulması faktı üzrə Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 42(10) maddəsi ilə 32 şəxs cərimələnib. Ölkə ərazisinə keçən 41 şəxsdən 9-zu izolyasiya və karantin qaydalarını pozmayıb. Gecə saatlarında “ Vinotel” mehamnxanası cərimələnib”.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayır.

Jurnalist Vladimir Pozner ad gününü qeyd etmək üçün 31 martda Gürcüstana gəldi. Fəallarr və müxalifət liderləri, jurnalist və onunla gələn şəxslər nahar etdiyi Vinotel mehmanxanası yaxınlığında nahar edərkən cərimələniblər. Müxalifət tərəfdarları Pozner və qonaqlarının məhdudiyyətlərini pozduğunu iddia edərək aksiya keçirdilər. “Vinotel”mehmanxanası Əmək Müfəttişliyi tərəfindən 10 000 lari cərimələndi.

Qonaqlar polis kordonu vasitəsil "Vinotel" i tərk etdilər. Aksiya daha sonra jurnalistin qonaqlarla bərabər qaldığı "Rooms Hotel" yaxınlığında davam etdi. Müxalifət tərəfdarları mehmanxanaya yumurta atırdılar.

Vladimer Pozner və onunla bərabər qonaqları bu gün səhər Gürcüstanı tərk etdilər. Fəallar hava limanındakı “Rooms Hotel”dən jurnalisti və onun qonaqlarını qışqıraraq və yumurta ataraq yola saldılar.

Poznerin RİA Novosti-yə verdiyi məlumata görə, o,3 aprel tarixində Rusiyaya geri qayıtmağı planlaşdırdı, ancaq baş vermiş hadisələrdən dolayı ölkəni erkən tərk etdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər