14 
Dek
2020
09:11
591

İngiltərə Premyer Liqası: Liderlər büdrədi, “Arsenal” uduzdu

İngiltərə Premyer Liqasında XII tur başa çatıb.

Turun son oyun günündə beş qarşılaşma baş tutub.

Oyun günü liderlərin xal itkisi ilə əlamətdar olub.

“Tottenhem” “Kristal Pelas”la görüşdə qələbəni sonda əldən verib.

“Liverpul” isə “Fulhem”lə dueldə məğlubiyyətdən qaçmağı bacarıb.

Bundan yararlanan “Lester” “Brayton”u, “Sauthempton” “Şeffild Yunayted”i darmadağın edərək liderlərə daha da yaxınlaşıb. “Arsenal” isə autsayderlər qrupunda yer alan “Bernli”yə uduzub.

Qeyd edək ki, növbəti turun matçları dekabrın 15-17-də keçiriləcək.

İngiltərə Premyer Liqası

XII tur

13 dekabr

“Sauthempton” – “Şeffild Yunayted” – 3:0

Qollar: Adams, 34, Armstronq, 62, Redmond, 83

“Kristal Pelas” – “Tottenhem” – 1:1

Qollar: Şlupp, 81 – Keyn, 23

“Fulhem” – “Liverpul” – 1:1

Qollar: Reyd, 25 – Salah, 79 (pen.)

“Arsenal” – “Bernli” – 0:1

Qollar: Obameyanq, 74 (avtoqol)

“Lester” – “Brayton” – 3:0

Qollar: Meddison, 27, 44, Vardi, 41

Bizimlə əlaqə saxlayın