Aksiyada 19 nəfər saxlanılıb - DİN-dən açıqlama
"Dünən Tbilisidə keçirilən etiraz aksiyası "İfadə azadlığı və dinc toplaşmaq haqqında" qanunun müəyyən etdiyi həddi aşdı və şiddətə çevrildi".
InterPress.ge xəbər verir ki, bu barədə, Daxili İşlər Nazirinin müavini Kaxa Sabanadze bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, dünən mitinqdə 19 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
“Gün ərzində polis Rustaveli prospektində səfərbər olub və parlament binası qarşısında dinc etirazı təmin edib. Qanunverici orqan qarşısındakı etiraz aksiyasından sonra etirazçılar Mərkəzi Seçki Komissiyasının doğru hərəkət ediblər, etirazçılar polisə daşlarla və küt alətlərlə qarşı durublar, həmçinin qeyri-qanuni olaraq MSK-a girməyə cəhd ediblər",-dedi Sabanadze.
Sabanadzenin qeyd etdiyinə görə, zorakı hərəkətlər nəticəsində bir yanğın-xilasetmə avtomobili və Təhlükəsizlik Polis Şöbəsinin avtomobili zərər görüb.
Onun sözlərinə görə, mitinq zamanı 14-ə qədər hüquq-mühafizə orqanı əməkdaşı, 3 media təmsilçisi və 10-a qədər mitinq iştirakçısı müxtəlif sağlamlıq xəsarətləri alıb. Xəsarət alanların bəzilərinə yerindəcə ilkin tibbi yardım göstərilib, digərlərinin isə müxtəlif klinikalarda müalicələri davam edir.
“8 Noyabrda polis, ictimai asayişi pozduğuna və polisin qanuni tələblərinə tabe olmadığına görə etiraz mitinqi zamanı ümumilikdə 19 nəfəri saxlayıb. Nazirliyin Mərkəzi Cinayət Polis İdarəsində cinayət işi başlanıb və MSK inzibati binasının yaxınlığında qrup zorakılığının təşkili və iştirak etməsi faktı Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə araşdırılır. Daxili İşlər Nazirliyi asayişin qorunmasına cavabdeh qurum olaraq bir daha bütün vətəndaşları, mitinqin təşkilatçılarını və iştirakçılarını asayişi gözləməyə və polisin qanuni tələblərinə tabe olmağa çağırır. Mitinq zamanı hər hansı bir qanun pozuntusuna polis dərhal cavab verəcək və qanun çərçivəsində dərhal dayandırılacaq",-dedi Kaxaber Sabanadze dedi.