11 
Iyn
2026
13:46
107

Rustavidə ölümə səbəb olan ağır xəsarət hadisəsi: Bir nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma ittihamı ilə bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs bir kişiyə fiziki zorakılıq tətbiq edib. Qarşıdurma zamanı zərərçəkən yıxılıb və baş nahiyəsindən xəsarət alıb. Aldığı xəsarətlər nəticəsində o, hadisə yerində həyatını itirib.

"Polis əməkdaşları isti izlərlə həyata keçirilən istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar.

Hüquq-mühafizə orqanları dava iştirakçısı olmuş digər şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində aktiv istintaq tədbirlərini davam etdirirlər.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 2-ci hissəsi ilə aparılır. Həmin maddə 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", – deyə nazirliyin məlumatında bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər