11 
Nybr
2026
15:03
40

Metexi körpüsündə noyabrın 13-də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

100 min şəhidin anım günü ilə əlaqədar keçiriləcək tədbirə görə noyabrın 13-də saat 08:00-dan 20:00-dək Tbilisidə Metexi körpüsündə hər iki istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Meriyasından məlumat verilib. Bildirilib ki, qeyd olunan müddətdə Avropa meydanından Qorqasali meydanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək.

Meriyanın məlumatına görə, Vaxtanq Qorqasali küçəsindən gələn ictimai nəqliyyat vasitələri (N301, N310, N345, N331, N102 nömrəli avtobuslar, eləcə də N580, N538, N550 və N562 nömrəli mikroavtobuslar) və avtomobillər Metexi körpüsü istiqamətində sağa dönə bilməyəcəklər. Onlar Azadlıq meydanı istiqamətində hərəkətlərini Kote Afxazi küçəsindən istifadə etməklə davam etdirə biləcəklər.

Avropa meydanından gələn avtomobillərin də Metexi körpüsü istiqamətində hərəkəti məhdudlaşdırılacaq. Dairəvi hərəkət isə əvvəlki qaydada qalacaq.

Bizimlə əlaqə saxlayın