“İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları “İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşını saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, saxlanılan şəxs Türkiyənin hüquq-mühafizə orqanlarının müraciəti əsasında bir sıra cinayətlərə, o cümlədən qanunsuz azadlıqdan məhrumetmə, quldurluq və odlu silahdan istifadə etməklə hədə-qorxu gəlmə ittihamları üzrə axtarışda olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi Batumidə saxlayıblar.
Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.


