31 
Okt
2026
22:41
125

Gürcüstanda qeydiyyatda olan avtomobillərin sayı 2 milyonu ötüb - Ən çox hansı bölgədədir?

2026-cı ilin III rübünün məlumatlarına əsasən, Gürcüstanda qeydiyyatda olan avtomobillərin sayı 2 010 195 ədədə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, 2 milyondan çox avtomobilin təxminən 1 milyonu, daha dəqiq desək, 984 369-u paytaxt Tbilisinin payına düşür. Digər avtomobillər isə ölkənin müxtəlif regionlarında qeydiyyatdadır.

Sakstatın məlumatına görə, avtomobillərin regionlar üzrə sayı belədir:

Tbilisi – 984 369;

İmereti – 211 660;

Kvemo Kartli – 163 878;

Kaxeti – 152 383;

Acarıstan Muxtar Respublikası – 129 254;

Sameqrelo-Zemo Svaneti – 108 193;

Şida Kartli – 96 001;

Samtsxe-Cavaxeti – 67 152;

Mtsxeta-Mtianeti – 45 177;

Quriya – 40 778;

Raça-Leçxumi və Kvemo Svaneti – 11 350.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər