30 
Okt
2026
20:52
94

Samadaşvili: “Azərbaycan regionda lider dövlətə çevrilib, Gürcüstan isə təcrid olunub”

“Bu hakimiyyət ölkəni idarə etdiyi müddətdə heç bir irəliləyiş gözləmirəm. Xüsusilə də regionumuzda Azərbaycanın hazırda lider dövlətə çevrildiyini, Gürcüstanın indiki hakimiyyətinin isə bütün strateji tərəfdaşlarından tam təcrid olunduğunu və artıq heç bir məsələdə, heç bir yerdə öz mövqeyini müdafiə edə bilmədiyini nəzərə alsaq”.

InterPress.ge xəbər verir ki, bunu “Güclü Gürcüstan – Lelo” partiyasının liderlərindən biri Salome Samadaşvili Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin David Qareci monastır kompleksi və Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

Samadaşvilinin sözlərinə görə, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsi olduqca mürəkkəbdir. Onun fikrincə, uzun illərdir davam edən bu proses yekun razılaşmaya nail olmaq üçün əhəmiyyətli kompromislər tələb edir.

“2020-ci ildə Bidzina İvanişvilinin hakimiyyətinin David Qareci məsələsi ilə bağlı apardığı utancverici təbliğat kampaniyasını xatırlatmaq istəyirəm. Cəmiyyətə xatırladım ki, onlar bu işlə əlaqədar tamamilə günahsız və vicdanlı alimləri də həbs etmişdilər. Təbii ki, bu utancverici piar kampaniyası məsələnin konstruktiv şəkildə irəliləməsinə kömək etmədi. Əksinə, çox mühüm qonşumuzla kifayət qədər mürəkkəb danışıqlar prosesində əlavə maneələr yaratdı.

Aydındır ki, bu hakimiyyət ölkəmizi idarə etdiyi müddətdə heç bir irəliləyiş gözləmirəm. Xüsusilə də regionumuzda Azərbaycanın hazırda lider dövlətə çevrildiyini, Gürcüstanın indiki hakimiyyətinin isə bütün strateji tərəfdaşlarından tam təcrid olunduğunu və artıq heç bir məsələdə, heç bir yerdə öz mövqeyini müdafiə edə bilmədiyini görürük”, – deyə Samadaşvili bildirib.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze David Qareci monastır kompleksi və Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı açıqlama verib. Baş nazirin sözlərinə görə, Gürcüstan tərəfi Azərbaycan tərəfi ilə sərhədin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi barədə razılığa gəlib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər