26 
Sen
2026
10:44
93

İki nəfəri bıçaqlayan şəxs saxlanıldı

Duşeti bələdiyyəsində şəxslər arasında mübahisə zəminində soyuq silahdan istifadə olunaraq iki nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, yaralanan şəxslər tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdiriliblər.

Məlumata əsasən, hadisə ilə bağlı bir nəfər saxlanılıb. Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə aparılır. Sözügedən maddə 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin Duşeti Rayon Şöbəsinin əməkdaşları iki nəfərin sağlamlığına qəsdən az ağır zərər vurmaq ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Duşeti bələdiyyəsində şəxslər arasında yaranan mübahisə zəminində soyuq silahdan istifadə edərək iki nəfəri yaralayıb və hadisə yerindən qaçıb.

Yaralanan şəxslər müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya aparılıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi isti izlərlə təqsirləndirilən şəxs qismində saxlayıblar.

Polis cinayətin törədilməsində istifadə olunan silahı maddi sübut kimi götürüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə aparılır və bu maddə 6 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın