15 
Avq
2026
14:04
78

Tbilisidə qrup halında oğurluq və qarət törətməkdə şübhəli bilinən 5 yeniyetmə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Baş İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda qrup halında törədilmiş oğurluq və qarət faktları ilə bağlı 5 yeniyetməni saxlayıblar. Onlardan 2-nin əvvəllər məhkum olunduğu və hazırda şərti cəza çəkdiyi bildirilir.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, yeniyetmələrin törətdiyi cinayət əməlləri nəticəsində müxtəlif təyinatlı ticarət obyektlərinə 30 min laridən çox maddi ziyan dəyib.

“Polis əməkdaşlarının kompleks şəkildə həyata keçirdiyi istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, yeniyetmələr əvvəlcədən razılaşaraq, qrup halında, qanunsuz yolla əmlakı mənimsəmək məqsədilə Tbilisidə yerləşən aptek və ərzaq mağazaları şəbəkələrindən müxtəlif dəyərdə məhsullar götürərək hadisə yerindən uzaqlaşıblar.

Həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri vətəndaşa məxsus motosikleti qanunsuz olaraq ələ keçirib.

Aparılan istintaq çərçivəsində ticarət obyektlərində quraşdırılmış müşahidə kameralarının görüntüləri əldə edilib və həmin görüntülərlə təqsirləndirilən şəxslərin cinayət əməlləri təsdiqlənir.

Yeniyetmələrin törətdiyi cinayət əməlləri nəticəsində müxtəlif təyinatlı ticarət obyektlərinə 30 min laridən çox maddi ziyan dəyib.

Polis əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hər 5 yeniyetməni məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 178-ci və 177-ci maddələri ilə aparılır. Sözügedən maddələr 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər