Avtomobil sahiblərinin nəzərinə: Bu öhdəlik avtomobillərdə qoyula bilər
Sürücülərə avtomobillərində alkoqol qəbul edib-etmədiklərini müəyyən edən xüsusi “alkoqol bloklama cihazları” quraşdırmaq öhdəliyi qoyula bilər. Bu cihazlar sürücü alkoqollu vəziyyətdə olduqda avtomobilin mühərrikini işə salmağa imkan verməyəcək.
InterPress.ge xəbər verir ki, sözügedən texnoloji yeniliklərin tətbiqi hökumət tərəfindən təsdiqlənən 2026-2030-cu illər üzrə Yol Təhlükəsizliyi Milli Strategiyasında nəzərdə tutulub.
Sənəddə vurğulanır ki, profilaktik və hüquq pozuntusu törədən şəxslərə yönəlmiş tədbirlər davam etdiriləcək. Bu tədbirlər ayıq olmayan vəziyyətdə olan sürücülərin effektiv şəkildə aşkarlanmasını, müvafiq hüquqi reaksiyanın həyata keçirilməsini və sürücülərin məlumatlılığının artırılmasını təmin edəcək.
“Xüsusi diqqət narkotik sərxoşluğu vəziyyətində avtomobil idarəetməsi ilə bağlı hüquq pozuntularının aşkarlanması imkanlarının gücləndirilməsinə yönəldiləcək. Buraya ölkə miqyasında narkotik vasitələrin aşkarlanması üçün xüsusi texniki vasitələrin mərhələli şəkildə tətbiqi və bu vəziyyətdə olan sürücülərin müəyyənləşdirilməsi imkanlarının yaxşılaşdırılması məqsədilə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşlarının yenidən hazırlanması daxildir.
Həmçinin avtomobildə “alkoqol bloklama cihazları”nın (Alcohol Interlocks) tətbiqi kimi texnoloji yeniliklərin tətbiqi ilə bağlı işlər davam etdiriləcək. Bu cihazlar sürücünün orqanizmində alkoqolun miqdarı qanunvericiliklə müəyyən edilmiş icazə verilən normadan artıq olduqda nəqliyyat vasitəsinin mühərrikini işə salmasına imkan vermir.
Beləliklə, Gürcüstan bazarında avtomobilin yerləşdirilməsi üçün müvafiq standart müəyyən edilərkən yuxarıda qeyd olunan komponentin nəzərə alınması planlaşdırılır”, – deyə hökumətin strategiyasında qeyd olunur.


