11 
Avq
2026
11:30
165

“Oğru dünyası” ilə əlaqədə olan 4 nəfər saxlanılıb, 2 nəfərə isə qiyabi ittiham irəli sürüləcək

Hüquq-mühafizə orqanlarının əməkdaşları “oğru dünyası” ilə əlaqədə olan 4 nəfəri saxlayıb, 2 nəfərə isə qiyabi ittiham irəli sürülür.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxslər toplantılarda “oğru ənənələrinə” uyğun qərarlar qəbul edir, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri və ya müəyyən edilmiş müddətləri pozduqları halda isə onları öldürməklə hədələyirdilər.

“Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları prokurorluqla birlikdə kompleks şəkildə həyata keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində, hakimin qərarı əsasında ‘oğru dünyası’ ilə əlaqədə olan 4 nəfəri saxlayıb, 2 nəfərə isə qiyabi ittiham irəli sürüləcək.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hakimin qərarı əsasında həyata keçirilmiş gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, cinayət törətməkdə təqsirləndirilən şəxslər İmereti regionunda ‘oğru razborkaları’nda fəal iştirak ediblər.

İstintaqla həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxslər toplantılarda ‘oğru ənənələrinə’ uyğun qərarlar qəbul edir, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri və ya konkret müddətləri pozduqları halda isə onları fiziki cəzalandırmaq, sağlamlıqlarına xəsarət yetirmək və öldürməklə hədələyirdilər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarışlar nəticəsində sübut kimi onların bir-biri ilə əlaqə saxladıqları kompüter avadanlıqları və mobil telefonları götürüblər”, – deyə DİN-in yaydığı məlumatda bildirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223¹, 223³ və 223⁴-cü maddələri ilə aparılır. Həmin maddələr 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın