178,2 milyon lari məbləğində yığım pensiyası artıq verilib – neçə nəfər faydalanıb?
Yığım pensiyasından 34 826 nəfər faydalanıb. Bu barədə Gürcüstan Pensiya Fondunun 31 iyul 2026-cı il tarixinə olan statistik məlumatlarında bildirilib.
InterPress.ge xəbər verir ki, eyni məlumatlara əsasən, pensiya ödənişləri şəklində artıq 178,2 milyon lari verilib.
2026-cı il iyulun 31-nə olan vəziyyətə görə, pensiya sxeminə qoşulan iştirakçıların sayı 1,758 milyon nəfər təşkil edir.
Pensiya Fondunun məlumatına görə, iyulun sonuna fondun aktivləri 9,7 milyard larini, əldə edilmiş gəlirlər isə 2,9 milyard larini ötüb.
Qeyd edək ki, Gürcüstanda yığım pensiya sistemi 2019-cu il yanvarın 1-dən fəaliyyətə başlayıb. Pensiya fonduna ödənişlər işəgötürən, işçi və hökumət arasında bölüşdürülür. Özəl pensiya sistemi formal sektorda çalışan şəxslərə 2%+2%+2% prinsipi ilə tətbiq olunur.


