07 
Avq
2026
10:26
67

Avqust müharibəsindən 18 il ötür – Gürcüstan ərazisinin 20 faizi hələ də Rusiya işğalı altındadır

2008-ci ilin avqustunda baş vermiş Rusiya–Gürcüstan müharibəsindən 18 il keçir. Müharibə nəticəsində yüzlərlə insan həyatını itirib, minlərlə şəxs yaralanıb və bu gün də Gürcüstan ərazisinin 20 faizi Rusiya tərəfindən işğal altında qalır.

InterPress.ge xəbər verir ki, 2008-ci ilin avqust müharibəsində Gürcüstan Müdafiə Nazirliyinin 170 hərbi qulluqçusu, Daxili İşlər Nazirliyinin 14 əməkdaşı və 224 mülki şəxs həlak olub.

Məlumata görə, müharibə zamanı yaralanan mülki və hərbi şəxslərin ümumi sayı 2 232 nəfər təşkil edib. Onlardan 1 045 nəfəri hərbi qulluqçu olub.

Hazırda Gürcüstan ərazisinin 20 faizi Rusiya Federasiyasının işğalı altındadır. Rusiya Abxaziya və Tsxinvali (Cənubi Osetiya) regionlarının işğalını və hərbiləşdirilməsini davam etdirir, müntəzəm olaraq qanunsuz hərbi təlimlər keçirir, işğal xətti boyunca tikanlı məftillər və digər süni maneələr quraşdırır, həmçinin yerli mülki əhalinin qanunsuz saxlanılması və oğurlanması hallarını davam etdirir.

Xatırladaq ki, 2008-ci il avqust müharibəsindən sonra Rusiya Gürcüstanın iki regionunun – Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bununla belə, beynəlxalq ictimaiyyət Gürcüstanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləməkdə davam edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər