05 
Avq
2026
20:32
714

Gürcüstanda kütləvi elektrik kəsintisi – Tbilisi və regionlar işıqsız qaldı

Gürcüstanda genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Hazırda Tbilisi də daxil olmaqla ölkənin bir sıra şəhər və rayonlarında elektrik enerjisinin verilişi dayandırılıb.

InterPress.ge xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, paytaxt Tbilisi ilə yanaşı, müxtəlif regionlarda da elektrik enerjisi kəsilib. Vətəndaşlar ölkənin bir çox hissəsində işığın eyni vaxtda söndüyünü bildirirlər.

Hazırda elektrik enerjisinin kəsilməsinin rəsmi səbəbi açıqlanmayıb. Yerli KİV-in məlumatına görə, məsələ ilə bağlı Gürcüstan Dövlət Elektrik Sisteminə müraciət edilib və rəsmi açıqlama gözlənilir.

Qeyd edək ki, bu, son bir ay ərzində ölkə miqyasında baş verən üçüncü kütləvi elektrik kəsintisidir. Bundan əvvəl 24 iyul saat 00:10-da və 25 iyul səhər saatlarında da analoji hadisə qeydə alınmışdı. Həmin hadisələrdən sonra Gürcüstan Energetika və Su Təchizatını Tənzimləmə Milli Komissiyası (GNERC) genişmiqyaslı qəzanın səbəblərinin araşdırılmasına başlamış, Dövlət Təhlükəsizliyi Xidməti isə elektrik təchizatının qəfil dayanması ilə bağlı sabotaj maddəsi üzrə istintaq açmışdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər