05 
Avq
2026
11:33
83

Gürcüstanda saxta müqavilə ilə yaşamaq icazəsi vəd edən iki nəfər saxlanıldı

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyi əvvəlcədən əlbir olan bir qrup tərəfindən dələduzluq yolu ilə pul vəsaitinin ələ keçirilməsi faktı üzrə iki nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, istintaq nəticəsində Gürcüstanda yaşayan Nigeriya vətəndaşı və "Qardabani Futbol Klubu" MMC-nin məşqçisi digər Nigeriya vətəndaşına Gürcüstanda müvəqqəti yaşayış icazəsi almaqda kömək edəcəklərini vəd ediblər.

DTX-nin məlumatına görə, onlar bu məqsədlə Nigeriya vətəndaşını həmin futbol klubunda saxta əmək müqaviləsi əsasında rəsmiləşdiriblər. Bunun müqabilində isə ondan 3 000 ABŞ dolları alıblar.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində hər iki şəxs məhkəmənin qərarı əsasında saxlanılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-180-ci maddəsinin 2-ci hissəsinin "a" və "b" bəndləri ilə aparılır. Həmin maddələr əvvəlcədən əlbir olan bir qrup tərəfindən dələduzluğa cəhd cinayətini nəzərdə tutur və 7 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.

Bizimlə əlaqə saxlayın