29 
Iyl
2026
23:41
190

Gürcüstanın bir sıra regionlarında güclü yağış, dolu və sel təhlükəsi gözlənilir

Gürcüstan Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

InterPress.ge xəbər verir ki, agentliyin proqnozuna əsasən, 30 iyulun günün ikinci yarısından 31 iyulun günün ikinci yarısınadək Şida Kartli, Msxeta-Mtianeti və Kaxeti regionlarında arabir yağış yağacağı, şimaldakı dağlıq ərazilərin bəzi yerlərində isə yağıntının güclü olacağı gözlənilir.

Məlumata görə, bəzi ərazilərdə şimşək çaxacağı, dolu düşəcəyi və duman olacağı da istisna edilmir.

Agentlik bildirir ki, gözlənilən güclü yağıntılar kiçik çaylarda sel hadisələrinə, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın