25 
Iyl
2026
21:25
754

Gürcüstanda güclü yağış, ildırım və güclü külək gözlənilir

Gürcüstan Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

InterPress.ge xəbər verir ki, agentliyin məlumatına görə, 26 iyulun günün ikinci yarısından 27 iyulun günün birinci yarısınadək Qərbi Gürcüstanda arabir yağış və ildırım gözlənilir. Acariya, Quriya, Sameqrelo-Zemo Svaneti, Raça-Leçxumi və Kvemo Svaneti regionlarının bəzi ərazilərində yağıntının güclü olacağı proqnozlaşdırılır.

Məlumata əsasən, ölkə ərazisinin böyük hissəsində güclü qərb küləyi əsəcək. Dənizdə isə 3-4 ballıq fırtına ehtimalı var.

Agentlik bildirir ki, gözlənilən güclü yağıntılar Qərbi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın