25
Iyl
2026
15:41
545
yuxarı
DTX elektrik enerjisinin kütləvi kəsilməsi ilə bağlı təxribat maddəsi ilə istintaqa başladı
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 24 və 25-də ölkə üzrə elektrik enerjisinin qəza səbəbindən dəfələrlə kəsilməsi ilə bağlı təxribat maddəsi üzrə istintaqa başlayıb.
InterPress.ge xəbər verir ki, qurumun məlumatına əsasən, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə aparılır. Həmin maddə Gürcüstanın dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə dövlət müəssisəsinin və ya digər mühüm obyektlərin normal fəaliyyətinə mane olma və ya onların zədələnməsi, yaxud məhv edilməsini nəzərdə tutur.
Bəyanatda qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidməti istintaqın gedişi ilə bağlı ictimaiyyəti mərhələli şəkildə məlumatlandıracaq.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb
11.11.2026 11:24
46
Şəxsi həyatın sirrini əks etdirən videonu qanunsuz əldə edib yayan şəxs saxlanıldı
11.11.2026 11:22
134
Cinayət işi ilə bağlı polis əməkdaşı saxlanıldı
11.11.2026 11:21
93
Gürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə veriləcək
10.11.2026 17:51
126
Gürcüstanda analıq məzuniyyəti üçün ayrılan vəsaitə həbs qoyulmayacaq
10.11.2026 17:04
143
Giga Parulava: “Seçki prosesinin tam inhisara alınmasına cəhd göstərilir”
10.11.2026 16:22
115
Savalan Mirzəyev qanun layihəsini plenar iclasa çıxardı - Analıq və uşağa qulluq müavinətlərinə borca görə həbs qoyulmayacaq
10.11.2026 13:57
232
Dərsliklərin ikinci hissəsi şagirdlərə ikinci semestr başlamazdan əvvəl paylanacaq
10.11.2026 12:20
112
Tbilisidə iki nəfəri qarət edən üç xarici ölkə vətəndaşı saxlanılıb
10.11.2026 11:47
177
Gürcüstandan Ermənistana axtarışda olan şəxs ekstradisiya edilib
09.11.2026 17:18
155


