Gürcüstanda elektrik enerjisinin kəsilməsi səbəbindən Tbilisi metrosu və dəmir yolu fəaliyyətini dayandırıb
Gürcüstanda baş verən genişmiqyaslı elektrik enerjisi kəsintisi səbəbindən Tbilisi metrosunun fəaliyyəti dayandırılıb.
InterPress.ge xəbər verir ki, elektrik enerjisinin kəsilməsi səbəbindən Gürcüstan Dəmir Yolu da fəaliyyətini müvəqqəti dayandırıb.
Xatırladaq ki, bu gün səhər saat 08:00 radələrindən etibarən Gürcüstanda genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, oxşar hadisə iyulun 24-də də baş vermişdi. Həmin gün saat 00:10 radələrində ölkənin enerji sistemində baş verən sistem qəzası nəticəsində elektrik enerjisi və telekommunikasiya şəbəkələrinin fəaliyyətində fasilələr yaranmış, Tbilisi və Gürcüstanın əksər regionlarında elektrik enerjisinin verilişi müvəqqəti dayandırılmışdı. Həmin qəzanın rəsmi səbəbi isə hələ də açıqlanmayıb. Gürcüstanın Enerji və Su Təchizatını Tənzimləmə üzrə Milli Komissiyası (GNERC) iyulun 24-də baş vermiş genişmiqyaslı qəzanın səbəblərinin araşdırılmasına başlayıb.


