24 
Iyl
2026
21:28
99

Gürcüstanda yaşayan Ukrayna vətəndaşlarına verilən maliyyə və tibbi dəstəyin müddəti uzadılıb

Gürcüstan hökuməti Ukraynada davam edən müharibə səbəbindən ölkəyə gəlmiş Ukrayna vətəndaşları və Ukraynada daimi yaşamaq hüququ olan şəxslərə göstərilən maliyyə və tibbi dəstəyin müddətini 2026-cı il 1 oktyabr tarixinədək uzadıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyası məlumat yayıb.

Məlumata görə, ailələrə yaşayış şəraitinin təmin edilməsi üçün ayrılan 300 lari, hər bir şəxsə verilən 45 lari məbləğində yardımın ödənilməsi 2026-cı il 1 oktyabradək davam edəcək.

Bildirilib ki, Gürcüstan ərazisini tərk edən şəxslərə növbəti aydan etibarən 45 lari məbləğində yardım verilməyəcək. Həmçinin ailənin bütün üzvləri ölkəni tərk edərsə, növbəti aydan həmin ailəyə 300 lari məbləğində yaşayış dəstəyi də dayandırılacaq.

Müvafiq sərəncamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb. Maliyyə yardımının ödənilməsini Sosial Xidmət Agentliyi həyata keçirəcək.

Bununla yanaşı, hökumətin qərarına əsasən, 2022-ci il 1 fevral – 2026-cı il 1 oktyabr tarixləri arasında Gürcüstana gəlmiş və ölkədə fasiləsiz yaşayan Ukrayna vətəndaşlarının tibbi xidmətlərlə təmin olunma müddəti də 2026-cı il 1 oktyabr tarixinədək uzadılıb.

Məlumata əsasən, Ukrayna vətəndaşları bu müddət ərzində immunizasiya, vərəm və İİV/QİÇS-in müalicəsi, ana və uşaq sağlamlığı xidmətləri, psixi sağlamlıq xidmətləri, diabetin idarə olunması, dializ, nadir xəstəliklərin müalicəsi, eləcə də təcili tibbi yardım, doğuş və təcili immunizasiya xidmətlərindən istifadə edə biləcəklər.

Bizimlə əlaqə saxlayın